Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində ictimai xadim və “Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı, Milli məclisin üç çağrışının deputatı Anar Məmmədxanova həsr edilmiş üç kitabın təqdimatı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbirə dəvət olunan qonaqlar qismində ölkənin siyasi, ictimai və incəsənət xadimləri, xarici qonaqlar, eləcə də müəllifin dostları iştirak edəcəklər.
Qeyd edək ki, ilk kitab “Бытъ самим собой” 2014-cü ilin iyul ayında nəşr edilib. Bu kitabda Anar Məmmədxanovun müxtəlif zamanlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları daxil edilib. İkinci kitabı olan “Ни о чем не жалею” 2015-ci ildə nəşr edilib. Bu kitaba 1995-ci ildən 2011-ə qədər Bakının müxtəlif mətbuat orqanlarından olan jurnalistərin Anar Məmmədxanovla müsahibələri toplanıb. Üçüncü kitabı isə “Özünə sadiqlik” müəllifin ilk “Бытъ самим собой” kitabının Azərbaycan dilinə tərcüməsidir.
Layihənin rəhbəri müəllifin həyat yoldaşı İradə Məmmədxanova, nəşrlərin baş redaktoru dövlət mükafatı laureatı, əməktar jurnalist Elmira Axundova, hər üç kitabı tərtib edən isə səbəbkarın bacısı, professor Nailə Məmmədxanovadır.
Nərmin