İyunun 18-dən ətibarən Nizami Kino Mərkəzində ABŞ və Kanada istehsalı olan 3D formatında çəkilmiş “Poltergeyst” və Rusiyanın “Barmen” filmlərinin nümayişi başlayıb.
Rejissor Qil Kinanın, Stiven Spilberq və Devid Lindsi-Ebeyrin ssenariləri əsasında dəhşət və triller janrında çəkilən “Poltergeyst” filmi qara qüvvələrin kiçik qızlarını qaçırdıqları bir ailədən bəhs edir. Qızı xilas etmək üçün ailə birləşir...
Filmin sloqanı: “Onlar səni nəyin qorxutduğunu bilirlər” Yaş məhdudiyyəti: 16+
Filmdə rollara Sem Rokuell, Rozmari DeUitt, Sakson Şarbino, Kayl Ketlett, Kennedi Klements, Cared Xarris, Ceyn Adams, Syuzen Xeyard, Nikolas Braun, Karen İvani və başqa aktyorlar çəkilib.
Həmçinin, həmin gündən etibarən rejissor Dina Şturmanovanın Denis Kaymakovun ssenarisi əsasında komediya janrında çəkdiyi “Barmen” filminin nümayişi başlanıb.
Baş qəhrəman Vadik darıxdırıcı həyatını dəyişmək istəyir. Lakin uğursuzluq qorxusu və özünə inamsızlığı məqsədinə çatmağa imkan vermir. Hər şey təsadüfən girdiyi barda sirli barmenin düzəltdiyi kokteyli içəndən sonra dəyişir. Artıq o, mister Xarizmadır və bütün dünya ayaqları altındadır. Hətta gözəlçə Yuliya ona diqqət yetirir. Hər yeni kokteyl yeni istedad gətirir.Bu gün Vadik intelektualdır, sabah rəqs meydançasının kralı. Amma bu içkilərin pis cəhəti var: təsirini tez itirir və əks göstəricisi xoşagəlməzdir...
Filmin yaş həddi: 16+
Rollara aktyorlar Vitali Qoqunski, İvan Oxlobıstin, Yuliya Parşuta, Yuri Stoyanov, Janna Epple, Konstantin Kryukov, Anton Boqdanov, Olqa Buzova, Yevgeniya Yaruşnikova, Konstantin Fedorov və başqaları çəkilib.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin "facebook" səhifəsindən öyrənə bilərsiniz: https://www.facebook.com/NizamiCinema?rf=hl