Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşası oynanılıb.
Bu barədə Teleqraf.com-a açıqlama verən teatrın direktoru İslam Həsənov bildirib ki, Qarabağ hadisələrindən bəhs edən tamaşa teatrın repertuarında önəmli yer tutur.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədovdur. Obrazları Əməkdar artist Ulduzə Nəsir, aktyorlar Habil Xanlarov, Mətləb Səfərli, Dağlar Rüstəmov, Siyavuş Mahmudov, Kifayət Burziyeva, Vəfa Qurbanova və başqaları canlandırıblar.
Nərmin