Türkiyədə yaşayan azərbaycanlı aktrisa Könül Nağıyeva Bakıda master-klass verəcək.
Bunu Teleqraf.com-a açıqlamasında aktrisa özü deyib.
Aktrisa qeyd edib ki, sözügedən master-klass əcnəbi kino layihələrdə iştirak etmək istəyən sənət adamları, gənclər üçün nəzərdə tutulub: “Mənə sosial şəbəkələr vasitəsilə çoxlu müraciətlər olur. Bu müraciətlər daha çox əcnəbi kastinqlərdə iştirakla bağlıdır.
Mən bu cür master-klaslara pul verib getmişəm. Amma bildiklərimi məni dinləmək istəyən insanlarla, gənclərlə bölüşə bilərəm. Ona görə Bakıda bununla bağlı master-klass keçmək istəyirəm.
Dünya kinosunda kastinqlərdə necə iştirak etmək lazımdır, nələri öyrənmək, nələrə diqqət yetirmək lazımdır - bütün bu suallara həmin master klaslarda cavab veriləcək. Master-klaslar ödənişsiz olacaq”.
Nərmin