4 May 2015 14:16
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunlarından sonra bütün İdman Kompleksləri gənclərin ixtiyarına veriləcək

Gənclər Fondunun dəstəyi ilə Bakının dörd rayonunda geniş maarifləndirmə kampaniyası həyata keçirilib. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Olimpiya həyəcanının hiss et” layihəsi çərçivəsində Sabunçu rayonunda yerləşən Gənclər Mərkəzində gənclərlə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə Sabunçu rayonu ərazisində yerlən təhsil ocaqlarının tələbələri iştirak edib. Tədbirdə çıxış edən təşkilatın sədri Samirə Mustafayeva gənclərə Avropa oyunlarının Bakıda keçirilməsiylə bağlı dolğun məlumat verib. Daha sonra çıxış edən təşkilatın üzvü Gülnaz Qənbərli gənclərə I Avropa Oyunlarının xronikasını danışıb.

Tədbirin təşkilatçılarından Tofiq Əzizov isə çıxışında qeyd edib ki, artıq yarışların keçirilmə yerləri bəllidir: “Yarışların Heydər Əliyev adına İdman- Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8- ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulur. Yeni qurulan Olimpiya Stadionu, Su İdman Növləri Mərkəzi və Gimnastika Kompleksi də oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçiriləcək”-, deyə o bildirib.

Sabunçu rayon İcra Hakimiyyətinin məsul şəxsi Məhəmməd Əsədov isə gənclərə I Avropa Oyunlarının nizamnaməsi ilə bağlı məlumat verib. O bildirib ki, I Avropa Oyunları üçün yenicə istifadəyə verilən bütün İdman Kompleksləri yarışlardan sonra gənclərin ixtiyarına veriləcək: “Bu komplekslərin ərsəyə gəlməsi resbuplika gənclərinin daha komfort idmanla məşğul olmalarına və bu sahədə yüksək nailiyyətlər əldə etmələrinə yardımçı olacaq”.

Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi sözügedən layihə çərçivəsində son 3 ay ərzində Bakının Yasamal, Sabunçu, Binəqədi və Suraxanı rayonlarının gəncləri arasında geniş maarifləndirmə işləri aparıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər