29 May 2015 11:33
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə ölkədə fəaliyyət göstərən bütün idman federasiyalarının rəsmiləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Ç.Hüseynov deyib ki, Avropa Oyunları Bakıda keçirildiyindən MOK Azərbaycan komandasının evinə çevriləcək: "Olimpiya oyunları keçiriləndə hər zaman hansı ölkədə yarışlar keçirilirsə, orada Azərbaycan günləri təşkil edirik. Avropa Oyunları isə ölkəmizdə keçirilir və MOK-u Azərbaycan idmançılarının evinə çevirmək istəyirik. İyunun 14-dən başlayaraq medal qazanmış idmançıların məşqçisi, ailə üzvləri, jurnalistlərlə birgə zəfərini qeyd edəcəyik. Əsas məqsədimiz odur ki, idmançıları təbliğ edək, qələbəsini işıqlandıraq. Azərbaycan tamaşaçıları da onları daha yaxından tanısın. Mən özüm karate, sambo, taekvondo, güləş, boks, cüdo, avarçəkmədə medal qazanacağımıza əminəm".

Nərgiz


Müəllif: