9 İyun 2015 07:59
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 4 gün sonra öz müasir tarixinin İLKlərindən birinə imza atacaq. Bu, gerçəkləşməsinə çox səylər çəkilmiş Odlar Yurdunun gözlənilən növbəti uğurlu bir addımı olacaq.

İLK hər zaman yenilik olduğu üçün özüylə maraqlarla bərabər daima ziddiyyətlər də gətirir. Amma bütün çətinliklərə baxmayaraq, İLK yaşanması vacib fəaliyyətlərdəndir. Çünki dinamik inkişafı şərtləndirən ən vacib amillərdəndir İLK.

İLK cəsarətdir, riskdir, fərqliliklər içində mətin addımlarla atılan risk.

İLK inkişafdır, yeniliklərlə dolu gələcəyə doğru inkişaf.

İLK gücdür, birlikdir, həmrəyliklə vahid formada ortaya qoyulan nəticə.

İLK dostluqdur, qardaşlıqdır, saysız sayda insanları bir araya gətirə bilən dostluq.

İLK rəqabətdir, güclü-zəif – hər kəslə aparacağın yarış.

İLK dözümlülükdür, öndə olduğun üçün aldığın təzyiqlərə, təpkilərə qarşı dözümlülük.

İLK təkandır, daha böyük sıçrayışlara, yüksəkliklərə ucaqlmaq üçün olan təkan.

İLK təməl daşıdır, gələcəkdə üzərinə böyük zirvələr tikiləcək təməl daşı.

İLK təsdiqdir, millətinin millətlər içində seçkinlikləriylə özünü təsdiqi.

İLK bu gündür, bütün uğurlarıyla, qələbələriylə yaşanacaq bu gün.

İLK sabahdır, gələcəyə bünövrə olacaq bir sabah.

İLK gələcəkdir, qazanılan təcrübələr üzərində tarix yazacaq gələcək.

İLK keçmişdir, bu gün yaşayacağımız, sabah isə tariximizə yazılacaq keçmiş.

İLK müasirlikdir, yeniliklər, təşəbbüslərlə zəngin müasirlik.

İLK tarixdir, xalqın kimliyiylə ortaya qoyduğu, imzalar içində imzasını atdığı tarix.

İLK fəxrdir, qürur mənbəyidir, uğurları, qalibiyyətləri, sevincləriylə yaşanacaq fəxr.

İLK nüfuzdur, imicdir, əldə ediləcək nailiyyətlərlə qazanılacaq nüfuz.

İLK ümiddir, daha böyük zirvələrə təkan verəcək ümid.

İLK yenilikdir, sıçrayışlı inkişafa aparan yenilik.

İLK iradədir, səbirlə, təmkinlə hədəflərinə doğru çatmaq əzmi.

İLK əməkdir, məqsədinə çatmaq üçün çəkilən böyük zəhmət.

İLK təşəbbüskarlıqdır, yenilikləri gerçəkləşdirmək fürsətini əldə etmək üçün ideyalar.

İLK özünə inamdır, güvəndir, bacarığınla, əziyyətlərinlə əldə etdiyin inam.

İLK açılımdır, daha böyük ənginliklərə, fəzalara çatmaq, yeni-yeni üfüqlərə çıxış.

İLK qarantdır, sabaha, gələcəyə olan zəmanət.

İLK tanıtımdır, kimliyini, özünü, varlığını, bütün potensialını tanıtmaq.

İLK addımdır, çoxlarının atmaq istədiyi, amma sənin nəsibin olan addım.

İLK fəaliyyətdir, istedad, bacarıq, qabiliyyətlərin vəhdətinin birliyi.

İLK işıqdır, qaranlıqları siləcək, təmizləyəcək işıq.

İLK maraqdır, bu gününün, sabahının, gələcəyinin maraqları.

İLK çətinlikdir, hər anında səni təqib edəcək çətinlik.

İLK fərqlənməkdir, hamıdan, hər kəsdən seçilmək, fərqli olmaq.

İLK öndə olmaqdır, ətrafındakılardan daima bir addım öndə.

İLK özünü ifadə etməkdir, topladığın, əldə etdiyin bütün qabiliyyətlərini peşəkarlıqla göstərmək.

İLK uğurdur, çəkdiyin əziyyətlərdən sonra qazanacağın qələbə.

İLK ucalıqdır, böyük zəhmətdən sonra qazanacağın zirvə.

İLK öncüllükdür, fərqlilikləriylə öndə olanlara da nümunə olmaq.

İLK məqsəddir, bəlli, konkret, aydın hədəf.

İLK niyyətdir, atacağın addım üçün istək.

İLK reallıqdır, istəklərin, arzuların gerçəkləşdirildiyi reallıq.

İLK İLKdir.

Azərbaycan öz müasir tarixində bir çox İLKlərə imza atıb. Birinci Avropa Oyunları bu İLKlərin növbətisi, davamı olacaq. Artıq kandarlarda imzası atılacaq İLKin ayaq səsləri asta-asta eşidilir. Bu, İLKin müəlliflərinə xoş hisslər yaşadır.

Odlar Yurdu 16 gün İLKinə imza atacaq. İLKimizlə İLKlərin İLKi olmağımız diləyilə sətirlərimi buradaca nöqtələyirəm. Uğurlar İLKə!!! Uğurlar sənə Azərbaycan!!!

Mətanət Əliyeva


Müəllif: