Tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının məşəlinin estafeti bu gün də davam edib. Bu gün məsəl paytaxt səfəri çərçivəsində Bakı Metrpoliteninə gətirilib.
Teleqraf.com xəbər verir ki, məşəli yunan-Roma güləşi üzrə 2005-ci il Avropa çempionu, 2008-ci il Pekin olimpiadasının gümüş medalçısı Vitali Rəhimov daşıyıb.
Məşəlin metro səfəri “28 May” stansiyasından başlayıb və “İçərişəhər” stansiyasında başa çatıb.