Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyanın başçılıq etdiyi Ermənistan idmançılarının birinci qrupu birinci Avropa Oyunlarında iştirak etmək iyunun 10-da Bakıya yola düşür.
Komanda iştirak edəcəyi idman növləri üzrə yeddi qrupa bölünüb və hər bir qrup Bakıya yarış günü ərəfəsində gedib, yarış başa çatdıqdan sora geri dönəcək. Rostomyanın başçılıq etdiyi qrup Bakıda ilk Avropa oyunlarının açılışında iştirak edəcək.
Ermənistan idmançılarının Bakıya yola salınması mərasimində Ermənistan Milli Olimpiya Komitəsinin sədri Qaqik Tsarukyanla Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib, BBC müxbiri Yerevandan xəbər verir.