11 İyun 2015 10:05
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk Avropa Oyunlarına cəmi 1 gün qalıb.

Trend xəbər verir ki, bu möhtəşəm idman tədbirinə ciddi hazırlaşan ölkələrdən biri də Böyük Britaniyadır.

“BBS Sport” portalında Oyunların gündəliyi və Britaniya idmançılarının gözləntilərindən bəhs edən məqalə dərc edilib. Məqalədə bildirilir ki, iyunun 12-də Bakıda Oyunların yüksək səviyyədə açılış mərasimi keçiriləcək.

Böyük Britaniya 2008-ci il Pekin Olimpiadasında olduğu kimi, Bakı 2015 Avropa Oyunlarında da böyük heyətlə çıxış edəcək. Britaniyalı idmançılar bildiriblər ki, ilk Avropa Oyunlarında qalib olmaqla tarixə düşmək niyyətindədirlər və bu yarışlarda qazanılacaq medallar onlara növbəti il Rio Olimpiadasında iştirak etməyə imkan verəcək.

Bu baxımdan Bakı 2015 idmançılar üçün mühüm əhəmiyyət kəsb edir. Məqalədə ilk Avropa Oyunlarında bir-birindən maraqlı idman növləri üzrə yarışlar keçiriləcəyi qeyd olunur. Azərbaycanda bu tədbiri keçirmək üçün müasir idman infrastrukturunun yaradıldığı vurğulanır.


Müəllif:

Oxşar xəbərlər