11 İyun 2015 16:53
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özü Almaniya, bacısı Avstriya komandasında yarışan Petrissa Bakıda uğur qazanacağına ümidlidir.

Teleqraf.com xəbər verir ki, Almaniyanın idmançısı Petrissa Solja hələ uşaq vaxtından böyük bacısı Ameliya ilə tennis oynamaq üçün atasından israrla xahiş edirmiş. İndi isə bacılar bir-birilərinin rəqibidirlər.

İndi isə Petrissa Solja Almaniya, bacısı Ameliya Avstriya üçün yarışır. Onlar bir çox yarışlarda rəqib olublar. Ona görə də Ameliyanın Bakı 2015-ə gələ bilməməsi kiçik bacısını çox sevindirir.

"Yaxın qohumların bir-birinə qarşı oynaması hər zaman çətin olub. Mən başqa bir idmançını özümə rəqib görmək istərdim. Axırıncı dəfə Avropa Çempionatında Avstriyaya qarşı keçirdiyimiz oyunda bacım bizə çoxlu problemlər yaratdı".

Cari ilin yanvar ayında Bakıda keçirilmiş beynəlxalq turnirdə Avropa reytinqində ikinci yerdə qərarlaşan Petrissa SOLJA yüksək hazırlıq səviyyəsindədir. O, üç il əvvəl vətəndaşlığını dəyişmək barədə fikrini dəyişməsəydi, bacısı ilə yanaşı Avstriya komandasına ciddi problemlər yarada bilərdi.

Soljaların nənəsi avstriyalı olğundan, bacılar həmin ölkənin vətəndaşlığını qəbul edə bilərdilər. Ameliya yaşamaq və yarışmaq üçün Avstriyanı seçib, Petrissa isə Almaniyada qalıb.

"Mən hələ uşaq yaşlarından tennis oynamaq istəyirdim, lakin atam mənə hələ bunun üçün xeyli balaca olduğumu bəhanə gətirirdi. O, mənim stolüstü tennis oynaya biləcəyimə yalnız beş yaşına çatanda icazə verdi".

21 yaşlı Petrissa onun böyük bacısı Süzannanın Ameliya ilə əsrarəngiz və füsünkar təbiətə malik Kandeldəki evlərində tennis oynamalarına qısqanclıqla yanaşırdı. Lakin buna baxmayaraq o, Avropa reytinqində 7-ci yerdə qərarlaşıb. Petrissa Almaniyada qadınlar arasında reytinq üzrə ikinci ən yüksək göstəriciyə malikdir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər