Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın voleybolçuları Rumıniya yığması üzərində 3-1 hesabı ilə qələbə qazanıb.
Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov Teleqraf.com ilə oyun haqqında fikirlərini bölüşüb:
“Oyun bizim üstünlüyümüzlə keçdi. İlk iki setdə inamlı qələbə qazandıq. Üçüncü setdə büdrədik və bununla da seti rumınlar qazandı. Ancaq 4-cü seti də qalibiyyətlə başa vura bildik. Burada bütün rəqiblər güclüdür. Əsas məqsədimiz qrupu birinci yerdə qazanıb, Avropa Oyunlarını qızıl medalla başa vurmaqdır”.
Samir