13 İyun 2015 23:05
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii ki, qızıl medalın sevinci başqadır. Amma gümüş medal qazanmağım da göstərir ki, demək olar ki, ümidləri doğrultmuşam.

Trend xəbər verir ki, bunu I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin yarışında gümüş medal qazanmış Azərbaycan təmsilçisi Rafiq Hüseynov deyib.

Onun sözlərinə görə, son 8 ay ərzində Avropa Oyunlarına hazırlaşıb və bu səbəbdən ailə üzvlərini demək olar ki, görməyib. Ona görə də Avropa Oyunlarının mükafatçısı çox danışmadan körpə oğlunu qucağına alaraq sevincini ailəsi ilə bölüşməyə tələsib.

Qeyd edək ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov yalnız final qarşılaşmasında Rusiya güləşçisinə məğlub olaraq 2-ci yerin sahibi olub. Finaladək isə güləşçimiz bütün rəqibləri üzərində vaxtından əvvəl tam qələbə qazanıb.


Müəllif:

Oxşar xəbərlər