Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar bu gün müəyyənləşəcək.
Teleqraf.com xəbər verir ki, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal sahibini tapacaq.
Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olacaq. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxacaq. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdirəcək.
Finalda Azərbaycan təmsilçiləri də çıxış edəcək. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparacaq. Bu gün saat 10:50-də başlayacaq həlledici yürüşdə kanoeçilərimiz 1-ci zolaqda mübarizə aparacaq.
Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoe, Tamerlan Mustafayev kayak üzrə 1000 metr məsafəyə yarışda finala yüksələ bilməyiblər.