17 İyun 2015 19:25
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birinci Avropa Oyunları Azərbaycana çox böyük üstünlüklər verir”.

Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, bu, Azərbaycanın ən yaxşı şəkildə təqdimatıdır. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının standartı Azərbaycanda yaradılır: “İlk Avropa Oyunları Azərbaycan xalqının yüksək mədəniyyətini, təşkilatçılıq qabiliyyətini və idman ölkəsi olduğunu göstərəcək. Bununla belə, xaricdə yaşayan azərbaycanlıların özlərinə inamını artıracaq. Bu oyunlar Azərbaycan xalqının başını uca edəcək”.

Deputat qeyd edib ki, oyunların iqtisadi cəhətdən çox böyük səmərəsi olacaq: “Azərbaycana yeni-yeni biznes layihələri gələcək və biznes adamları öz təklifləri ilə bizə müraciət edəcəklər. Avropa Oyunlarının ölkəmiz üçün turizm əhəmiyyəti də böyükdür. Bu oyunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olacaq. Ölkəmizdə keçiriləcək Dünya şahmat çempionatı, daha sonra İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdacaq. Hesab edirəm ki, bu oyunların ən yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin iqtisadi gücündən, mədəni inkişafından, demokratik hüquqi vətəndaş cəmiyyəti olmasından xəbər verir”.

Səxavət


Müəllif: