Bu gün Bakı Olimpiya stadionunda atletika yarışlarının 2-ci günündə yarışlara start verilib.
Teleqraf.com xəbər verir ki, yarışlar çərçivəsində qadınlar arasında çəkic atma, kişilər arasında şüvüllə tullanma, qadınlar arasında uzunluğa tullanma, qadınlar arasında 100 m sədli qaçış, kişilər arasında lövhə atma, qadınlar arasında nüvə itələmə, kişilər arasında 110 m sədli qaçış, kişilər arasında 800 m məsafəyə qaçış, kişilər arasında 3000 m maneəli qaçış, qadınlar arasında hündürlüyə tullanma, qadınlar arasında 200 m məsafəyə qaçış, kişilər arasında 200 m məsafəyə qaçış, kişilər arasında üçtəkanla tullanma, qadınlar arasında 1500 m məsafəyə qaçış, kişilər arasında 3000 m məsafəyə qaçış, kişilər arasında nizə atma, qadınlar arasında 5000 m məsafəyə qaçış, qadınlar arasında 4x400 m estafet qaçışı və kişilər arasında 4x400 m estafet qaçışı yarışları baş tutacaq.
***
Bakı 2015 I Avropa Oyunları çərçivəsində qadınlar arasında çəkic atma yarışları yekunlaşıb.
Slovakiya təmsilçisi Hrasnova Martina 69.31 metr göstərici ilə birinci yeri tutub. Həmyerlimiz Skidan Hanna 68.32 ikinci pilləni özü üçün təmin edib. 65.08 metr göstərici ilə Moldaviya atleti Nikisenko Marina üçüncü yerdə qərarlaşıb.
***
17.40
Qadınlar arasında maneələrlə 100 metr məsafəyə qaçış yarışları yekunlaşıb.
Birinci yeri Avstriya atleti Şrot Bite 13.18 saniyyə göstərici ilə tutub. İkinci pilləni 13.92 saniyə ilə Slovakiya idmançısı Mokrasova Lusiya qazanıb. Bosniya və Hersoqovina atleti 14.11 saniyə göstərici ilə üçüncü yerdə qərarlaşıb.
Azərbaycan təmsilçisi Solokova Yekaterina 14.42 saniyə nəticə göstərib. O, yarışları 6-cı yerdə bitirib.
***
18.15
Qadınlar arasında uzunluğa tullanma yarışları keçirilib.
Slovakiya təmsilçisi Veldakova Yana 6.68 metr göstərici ilə birinci yeri tutub. Malta idmançısı Kamilleri Rebekka 6.38 metr göstərici ilə ikinci yerdə qərarlaşıb. Avstriya atleti Sarah Lagger isə 6.17 metrlik nəticə ilə üçüncü pilləni tutub.
Azərbaycan atleti Sarıyeva Yekaterina isə 5.69 metr göstərici ilə beşinci yeri tutub.
***
18.33
Qadınlar arasında nüvə tullama yarışları yekunlaşıb.
Montoneqro təmsilçisi Rokocevic Kristina 14.85 metr göstərici ilə birinci yeri tutub. İkinci yeri rumınyalı Surdu Dimitriana 14.34 metr, üçüncü yeri isə 14.30 metr göstərici ilə İsrail atleti Muxayev Anastasiya tutub.
Həmyerlimiz Skidan Hanna isə 13.76 metrlik nəticə ilə beşinci yeri tuta bilib.
***
18.34
Kişilər arasında 800 m məsafəyə qaçış yarışları yekunlaşıb.
1:50.16 saniyə nəticə göstərən Bosniya və Hersoqovina atleti Amel Tuka birinci olub.
1:51.51 saniyə nəticə ilə slovakiyalı idmançı Yozef Repcik ikinci, 1:51.91 saniyə nəticə ilə isə Moldova idmançısı İon Siuris üçüncü olub.
İdmançımız Hakim İbrahimov isə 1:53.41 saniyə nəticə ilə səkkizinci yeri tutub.
***
19.10
Qadınlar arasında 200 m məsafəyə qaçış yarışları yekunlaşıb.
İsrail atleti Olqa Lenskaya 23.40 saniyə göstərici ilə ilk pilləni tutub. 23.72 saniyə nəticə ilə slovakiyalı idmançı Bezekova Aleksandra ikinci, 23.85 saniyə nəticə ilə isə Avstriya atleti Klayser Viola üçüncü olub.
Təmsilçimiz Balyanina Valeriya isə 24.81 saniyə nəticə ilə yeddinci yeri tutub.
***
19.25
Kişilər arasında 200 m məsafəyə qaçış yarışları yekunlaşıb.
Slovakiya atleti Volka Yan 21.08 saniyə göstərici ilə ilk pilləni tutub. 21.29 saniyə nəticə ilə gürcüstan idmançı Kartavtsevi Nika ikinci, 21.30 saniyə nəticə ilə isə İsrail atleti Persiado İmri üçüncü olub.
Azərbaycan atleti Ryabikin Vadim isə 21.46 saniyə nəticə ilə beşinci yeri tutub.
***
20.00
Kişilər arasında 3000 m məsafəyə qaçış yarışları yekunlaşıb.
Azərbaycan təmsilçisi Hayle İbrahimov 7:54.14 göstərici ilə ilk pilləni tutub. 8:05.62 nəticə ilə avstriyalı idmançı Kou Brenton Con ikinci, 8:06.34 göstərici ilə isə Modoviya atleti Prodius Roman üçüncü olub.
***
20.02
Qadınlar arasında hündürlüyə tullanma yarışları keçirilib.
İlk pilləni 1.86 metr nəticə ilə Monteneqro idmançısı Vukovic Mariya tutub. Gürcüstan idmançısı Layşenko Valentina 1.84 metr göstərici ilə ikinci, İsrail təmsilçisi Şahaf Mayan eyni nəticə ilə üçüncü yeri tutub.
Azərbaycan atleti Salyamova İlyana isə 1.65 metr göstərici ilə doqquzuncu yeri tutub.
***
20.12
Kişilər arasında üçtəkanla uzunluğa tullanma yarışları keçirilib.
Azərbaycan atleti Nazim Babayev 16.38 metr göstərici ilə birinci yeri tutub. Moldoviya idmançısı Letnikov Vladimir 16.34 metr ilə göstərici ilə ikinci, İsrail atleti Yakubov Tom 15.87 nəticəsi ilə üçüncü yerdə qərarlaşıb.
***
20.22
Qadınların arasında 5000 m məsafəyə qaçış yarışları yekunlaşıb.
16:33.09 göstəricisi ilə Avstriya idmançısı Baierl Anita İlk pilləni qazanıb. Azərbaycan təmsilçisi Meqersa Bontu 16:44.57 nəticə ilə gümüş medalın sahibi olub. 16:47.13 göstəricisi ilə Bosniya və Hersoqovina idmançısı Kimanı Lusiya isə üçüncü olub.
***
20.35
Qadınlar arasında 4x400 m estafet qaçışları yekunlaşıb.
İlk pilləni Slovakiya təmsilçiləri 3:35.03 nəticəsi ilə qazanıblar. 3:37.51 göstərici ilə Avstriya ikinci, 3:41.94 nəticə ilə Moldoviya üçüncü yeri tutub.
Azərbaycan isə 3:44.40 ilə beşinci yerdə qərarlaşıb.
Rüstəm