23 İyun 2015 15:03
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:50

“Bakı-2015” birinci Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.

Teleqraf.com-un məlumatına görə, qadınlar şpaqa, kişilər sablya növündə mükafatçıları müəyyənləşdirəcək.
Azərbaycan yığmasının 8 idmançısı da mübarizəyə qoşulub. Onlardan 4-ü kişilərin, 4ü isə qadınların yarışında çıxış edib. Qadınların şpaqa yarışında 35 qılıncoynadan 5 qrupda mübarizə aparıb. İdmançılarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar Məlikova E qrupunda qüvvəsini sınayıb.

Kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda yarışıb.

Qadın təmsilçilərimizin hamısı uduzublar. Kişi qılıncoynadanlardan yalnız Azər Tağıyev 1/16 final mərhələsində yarışıb. Təmsilçimiz rumıniyalı Tiberiu Dolniçeanu ilə döyüşüb. Tağıyev 5:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Azər Tağıyevin ilk qarşılaşması ispaniyalı Fernando Kasareslə olub. A.Tağıyev görüşdən 3-5 hesabı ilə məğlub ayrılıb. Təmsilçimiz ikinci döyüşdə Georges Tsouroutasla üz-üzə gəlib. Görüşdə A.Tağıyev 5-3 hesabı ilə qalib olub. O, rumıniyalı Tiberiu Dolniseanu ilə qarşılaşmada rəqibindən 2 xal geridə qalıb: 3-5. Növbəti döyüş türkiyəli İbrahim Antla olub. Həmyerlimiz 3-5 hesabı ilə uduzub. Sonuncu qarşılaşmada isə A.Tağıyev cəmi 1 xalla Böyük Britaniya təmsilçisi Ceyms Honeybondan geri qalıb. Görüş 4-5 hesabı ilə britaniyalı qılıncoynadanın xeyrinə başa çatıb. O, 1/16 seçmə mərhələsinə keçən yeganə Azərbaycan təmsilçisidir.

Abdulla Həsənov birinci yarışında polşalı Adam Skrodzki ilə qarşılaşıb. Hesab rəqibinin xeyrinə başa çatıb: 1-5. Təmsilçimiz ikinci döyüşdə italiyalı Massimiliano Murolo ilə yarışıb. Bu hissədə də A.Həsənov cəmi 1 xal qazanıb. Görüş 1-5 hesabı ilə bitib. Rumıniyalı Alin Badea ilə görüşün də nəticəsi eyni olub: 1-5. Macarıstanlı Bens Gemesi ilə döyüşdə Abdulla Həsənov rəqibindən 3 xal geri qalıb. 2-5 hesabı ilə Macarıstan təmsilçisi qalib gəlib. Təmsilçimiz son döyüşündə Bjoern Huebnerə 3-5 hesabı ilə uduzub.

Daha sonra E qrupunda Cavanşir Səfərov döyüşüb. İlk görüş Almaniya təmsilçisi ilə olub. Maksimilian Kindler 5 xal toplayaraq təmsilçimiz üzərində təmiz qələbə çalıb: 0-5. İkinci oyunda rusiyalı Aleksandr Truşakovla qarşılaşan təmsilçimizin hesabı birinci yarışda olduğu kimi qalıb: 0-5. O, italiyalı Luiqi Mirakko ilə yarışda da xal qazana bilməyib. Hesab yenə 0-5 hesabı ilə başa çatıb. Belorus təmsilçisi Aliksandr Buikeviçlə qarşılaşmada C.Səfərov 1 xal toplayıb. Döyüşdən təmsilçimiz 1-5 hesabı ilə məğlub ayrılıb. Macarıstanlı Bens Marton Ksaba ilə döyüşdə nəhayət təmsilçimiz qalib gəlib. O, rəqibini 5-4 hesabı ilə məğlub edib.

F qrupunda yarışan 16 yaşlı Cavanşir Ağakişiyev Avstriya təmsilçisi Mathias Villau ilə qarşılaşmada 3 xal qazanıb. Görüş 3-5 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Almaniyalı Riçard Hueberslə görüşdə isə təmsilçimiz cəmi 1 xal toplaya bilib: 1-5. Rusiyalı Nikita Proskura ilə qarşılaşma 3-5 hesabı ilə bitib. Təmsilçimiz rəqibindən 2 xal geriləyib. Bolqarıstanlı Atanas Arnaudovla keçirilən 4-cü döyüşdə də nəticə eyni olub: 3-5. C.Ağakişiyev bu görüşdən də məğlub ayrılıb. İtaliyalı Alberto Pellegrini ilə son döyüş 1-5 hesabı ilə başa çatıb. Təmsilçimiz bu görüşdə də uduzub.

Elmira Xudaverdiyeva Slovakiya təmsilçisi Yeva Neliplə mübarizədə 0-5 hesabı ilə uduzub. O, rumıniyalı Ana Mariya Branzaya da məğlub olub: 1-5. Təmsilçimiz macarıstanlı Bianka Bukokiyə də uduzub: 2-5. Slovakiyalı Daqmar Ciparova ilə mübarizə isə 3-5 hesabı ilə bitib. Azərbaycan təmsilçisi yenə uduzub. O, isveçli Emma Samuelslə mübarizədən də məğlub ayrılıb: 2-5. E.Xudaverdiya estoniyalı Yuliya Baljajevaya da uduzub.

Samirə Hüseynova estoniyalı Erika Kipru ilə ilk yarışmada 2-5 hesabı ilə məğlub olub. O daha sonra serbiyalı Romana Karanla yarışıb və nəticə 3-5 hesabı ilə rəqibin xeyrinə olub. S.Hüsyenova Rusiya idmançısı Olqa Koçneva ilə mübarizədə heç bir xal qazana bilməyib. Rəqibi isə onu 5 xalla üstələyib. Macarıstanlı Roka Bohusla mübarizədən də məğlub ayrılıb: 1-5. Böyük Britaniya təmsilçisi Korinna Laurenslə mübarizədə təmsilçimiz 3, rəqibi isə 5 xal toplayıb. Sonda İtaliya təmsilçisi ilə görüş olub. Kamilla Batini 5, S.Hüsyenova isə 4 xal toplayıb.

Təmsilçimiz Məryəm Məlikovanın ilk qarşılaşması ukraynalı Yana Şemyakina ilə olub. Görüş 3-5 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Rusiyalı Tatyana Andryuşina ilə mübarizədən M.Məlikova məğlub ayrılıb: 1-5. Daha sonra o, rumıniyalı Amaliya Tataranla qarşılaşıb. Görüş 2-5 hesabı ilə başa çatıb. Yenə təmsilçimimiz uduzub. Estoniyalı Katrina Lehislə mübarizədə isə M.Məlikova cəmi 1 xal qazanıb. Rəqib isə 5 xal üstünlüyü ilə oyunu başa çatdırıb. Finlandiyalı Katarina Kokla mübarizə isə rəqibin qələbəsi ilə başa çatıb: 0-5. Təmsilçimiz sonda italiyalı Alberta Santuccio ilə qarşılaşıb. M.Məlikova cəmi 1 xalla rəqibindən geri qalıb: 4-5.

Daha sonra Azərbaycan Nübar Məlikova qüvvəsini sınayıb. O, birinci Simona Germanla qarşılaşıb və yarışdan 0-5 hesabı ilə məğlub ayrılıb. Rusiyalı Yana Zvereva isə yarışda isə N.Məlikova 3-5 hesabı ilə uduzub. İtaliyalı Qiulia Rizzi 0-5 hesabı ilə təmsilçimizi məğlub edib. İsrailli Avital Marinukla yarışda rəqib 2-5 hesabı ilə üstünlüyü ələ alıb. Macarıstanlı Anna Kun da N.Məlikovanı 2-5 hesabı ilə udub. Avstriya təmsilçisi Paula Şmidlə qarşılaşmada təmsilçimiz cəmi 1 xalla rəqibindən geri qalıb: 4-5.

Qadın təmsilçilərimiz hərəyə 6 görüş keçirərək, bütün oyunlarda məğlub olub. 24 qarşılaşmada qələbə qazana bilməyən şpaqaçılarımız 1/16 finala çıxa bilməyərək, mübarizəni dayandırıb.


Müəllif:

Oxşar xəbərlər