27 İyun 2015 21:47
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Final döyüşü çətin keçdi, çünki finala ən güclülər yüksəlir. Şükür Allaha ki, qalib gəldim".

Trend-in məlumatına görə, bunu Azərbaycana birinci Avropa Oyunlarında qızıl medal qazandıran boksçumuz Pərviz Bağırov deyib.

P. Bağırov bildirib ki, Avropa Oyunları onun üçün böyük uğur və təcrübə oldu: "Bizim qarşıda dünya çempionatımız var. Avropa Oyunları həmin yarış üçün çox böyük təcrübə verdi. Ümid edirəm ki, orada da qızıl medala nail olacağıq".

P. Bağırov məşqlərini daha intensiv davam etdirəcəyini bildirib: "Məqsədimiz Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır".

P. Bağırov Ermənistanda qazandığı bürünc medaldan sonra bu qızıl medalın onun karyerasında böyük uğur olduğunu deyib: "Müqayisədə hər iki medal yaxşı idi, amma Ermənistandakı bürünc medal daha yaxşı idi ki, düşmən ölkəsində Azərbaycanın bayrağını dalğalandırmışam".

P. Bağırov qələbəsini anasına və yaxınlarına həsr etdiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər