Rusiyanın Finlandiya ilə sərhədində yerləşən Kareliya Respublikasında Syamozero gölündə tufan zamanı 10 uşaq suda bataraq ölüb.
Teleqraf.com TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi iyunun 19-da bu barədə məlumat yayıb.
Nazirliyin rəsmisi Yekaterina Biktimirova deyib ki, 49 adamın olduğu qrup bərə ilə gölə gəzməyə çıxıb.
Yekaterina Biktimirova-nın sözlərinə görə, 12-15 yaşlarında olan uşaqlar Moskvadan gəliblərmiş.
Rusiya mediası xəbər verir ki, uşaqların olduğu iki qayıq çevrilib. İki nəfər itkin düşüb, 13 adam xilas edilib.
Moskva meri həlak olan uşaqların ailələrinə baş sağlığı verib və Tvitter hesabında Kareliada baş verənləri böyük faciə adlandırıb.