6 Oktyabr 2016 14:19
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti Rusiyanın Suriyadakı fəaliyyətinə etiraz əlaməti olaraq yeni sanksiyalar paketi hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Wall Street Journal" nəşri etibarlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya kansleri Angela Merkel məsələ ilə bağlı hökumət üzvləri qarşısında təkliflə çıxış edib. Hazırda məsələ müzakirə olunur. Ancaq sanksiyaların istiqaməti açıqlanmır.

Ancaq Almaniya xarici işlər nazirinin müavini Martin Şefer məsələni təkzib edib. O bildirib ki, hələlik Rusiyaya qarşı sanksiyalar müzakirə olunmur.

Qeyd edək ki, oktyabrın 3-də fikir ayrılıqları səbəbindən Rusiya və ABŞ Suriya ilə bağlı əməkdaşlığı dayandırmağa qərar verib.

Samir


Müəllif:

Oxşar xəbərlər