28 Noyabr 2016 12:53
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin dövlət idarəçiliyi, Federal Təhlükəsizlik Xidməti (FTX), Müdafiə və Daxili İşlər Nazirliklərində kadr islahatları aparıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb: "Dörd nəfər vəzifəsindən azad edilib: FTX-nın arxiv fondlarının qeydiyyatı idarəsinin rəhbəri Vasiliy Xristoforov, prezidentin işlər üzrə müavini Konstantin Kotenko, Müdafiə Nazirliyinin baş hərbi-tibb idarəsinin rəisi Aleksandr Fisun və daxili işlər nazirinin müavini, Daxili İşlər Nazirliyinin istintaq departamentinin rəisi Aleksandr Savenkov".

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, kadr islahatları bu məmurların Rusiya Elmlər Akademiyasına seçkilər zamanı buraxdıqları nöqsanlarla əlaqədardır.

Samir


Müəllif:

Oxşar xəbərlər