Yaponiyada 30 giləlik üzüm salxımı rekord qiymətə satılıb.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, "Yaqut roman" seçmə növündən olan salxım bu il keçirilən üzüm hərracında nikah sarayının sahibi tərəfindən alınıb.
O, salxımı 5,4 min dollara almasını belə izah edib:
"Yeni evlənənlərin yaddaşında xoş xatirələr qalmalıdır. Hər dəfə ilin bu vaxtında onlar üzüm salxımına baxıb öz toylarını xatırlayacaqlar. Bu onların sevgi və xoşbəxtliyinin uzunmüddətli olmasına kömək edəcək".