2 Yanvar 11:30
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev narkotik cinayətlərinə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qanun narkotiklərin yayılması ilə bağlı vəzifəli şəxslər üçün cinayət məsuliyyətinin ağırlaşdırılmasını nəzərdə tutur.

“Qanunla narkotiklərin istehsalına, eləcə də vəzifəli şəxslər tərəfindən narkotiklərin hazırlanması, emalı və istehsalına görə cinayət məsuliyyəti sərtləşdirilib. İndi bu cinayətlərə görə günahkar şəxslərə 15 ildən 20 ilədək, ya da əmlakın müsadirəsi ilə ömürlük həbs cəzası təyin oluna bilər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Qazaxıstanda əvvəllər bu cinayətlərə görə 10 ildən 15 ilədək həbs cəzası və əmlakın müsadirəsi nəzərdə tutulurdu.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər