2 Yanvar 10:12
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Yeni Orlean şəhərində şübhəli şəxsin yük maşınını insanlara tərəf sürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Teleqraf.com xəbər verir ki, FTB-nin Yeni Orleandakı ofisindən şübhəli şəxsin hadisəni təkbaşına törətmədiyi açıqlanıb.

Polis müşahidə kameraları vasitəsilə bir neçə nəfərin hücumdan əvvəl ərazidə partlayıcı qurğular yerləşdirdiyini aşkar edib. Hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyən edilərək nəzarətə götürülməsi istiqamətində iş aparırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər