ABŞ Ukraynaya yenidəm yardım göndərib. Bu dəfə yardım zirehli jiletlərdən ibarətdir.
Teleqraf.com-un xəbərinə görə, 2000 “İnterseptor” zirehli jileti artıq Kiyevə gətirilib. Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin rəsmi Facebook səhifəsində yazılıb.
Gömrük qeydiyyatından keçirildikdən dərhal sonra jiletlər Ukrayna Müdafiə nazirliyinə təhvil veriləcək. Oradan da, təyinat üzrə paylanacaq.
Verilən məlumata görə, ABŞ zirehli jiletləri Ukrayna Müdafiə nazirliyinin müraciəti əsasında ölkəyə çatdırılıb. “Bu jiletlər, hərbiçilərin sağ qalması üçün kiçik də olsa, bir zəmanətdir. “İnterseptor”, ABŞ hərbiçilərinin İraq və Əfqanistanda gedən döyüşlər zamanı istifadə edilən jiletlərdir. Daha az çəkisi olan bu jiletlər hərbi əməliyyatlar zamanı gülləyə qarşı daha dayanıqlıdır”, - deyə, xəbərdə deyilir.
ABŞ-dan gələn digər yardım 1000 yataq xalçası, 3600 kamuflyaj gödəkcəsi, 400 qutu bint və kaskalar üçün nəzərdə tutulmuş 1000 çexoldan ibarətdir.
Bu, ABŞ-ın Ukraynaya separatçılarla mübarizə üçün nəzərdə tutulmuş, lakin ölümcül olmayan, ilkin tibbi yardım hesab edilir.
Ülviyyə