8 İyul 2014 17:57

Məşhur türk müğənnisi Mustafa Ceceli TRT ekranlarında yayımlanan və Bekir Develinin aparıcılıq etdiyi "Ramazan Sevinci" verlişində pərstişkarlarını ikiqat sevindirib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin tarixi abidəsi olan "Kız Kulesi"ndə gerçəkləşən proqramda Ceceli Develinin xahişini yerə salmayaraq İstanbul üçün iftar azanını oxuyub.

Avazı ilə hər kəsi heyran qoyan Ceceli eyni zamanda ibadətlərini yerinə yetirən müğənni kimi də tanınır.

Dəniz Əliyeva


Müəllif:
Загрузка...