Moldovanın baş naziri Dorin Reçan Rusiyanın “Qazprom” şirkətinə məxsus olan “Moldovaqaz”ın milliləşdirilməsi üçün qanunvericilik işlərinə başlanılması barədə göstəriş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumatda o da qeyd edilib ki, Reçan “Qazprom”un ölkəyə qaz nəqlini dayandırmaq qərarından narazı qalıb. Hökumət başçısı Kişinyovun borcu ödəməyə borclu olmadığını deyib.
“Beynəlxalq audit göstərdi ki, heç bir borc yoxdur. Ola bilsin ki, bu pul səyahət və yaxtalara xərclənib, lakin bu borcun Moldova vətəndaşlarının çiyninə yüklənməsi qəbuledilməzdir”, - Reçan bildirib.
O, həmçinin Rusiya tərəfindən mövcud vəziyyəti enerji şantajı adlandırıb.