30 Dekabr 2024 13:45
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rafiyev Suriyaya dövlətçiliyinin bərpasının çətin mərhələsində uğurlar arzulayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir müavini Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən əş-Şibani ilə görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əziz qardaşlar, səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Burada, Dəməşqdə, Azərbaycanın suriyalı qardaş və bacılarımızla həmrəyliyini ifadə etdik. Onlar dövlətçiliyin bərpası və Suriyanın dostları ilə əlaqələrin qurulmasının həlledici mərhələsinə qədəm qoyublar. Bu mühüm təşəbbüsdə sizə uğurlar arzulayıram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər