30 Dekabr 2024 13:04
11 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsinin dayanması üçün şərtlər hələ formalaşmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Moskva münaqişənin sona çatmasına təsir edə biləcək ilkin şərtləri hələ görmür”, - Peskov Ukrayna mediasının məlumatlarına cavab olaraq deyib.

Ukrayna mediası Rusiya nümayəndə heyətinin üç gün öncə ABŞ-da danışıqlar apardığını yazıb. Səfərin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqədar olduğu bildirilib.

Ukrayna mənbələrinin iddiasına görə, müharibə yaxın günlərdə bitə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər