İran Suriyada sülh, sabitlik və əhatəli bir hökumətin formalaşmasını istəyir.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasının, ölkənin daxili işlərinə müdaxilə edilməməsinin, bütün etnik qruplar və dinlərə hörmət göstərilməsinin, onların hüquqlarını təmin edən hökumətin formalaşdırılmasının tərəfdarıyıq”, – nazir bildirib.