Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri illik müqayisədə 4 dəfə azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki,11 ayda Azərbaycan 93.9 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. 2023-cü ilin müvafiq dövründə elektrik enerjisi ixracının ümumi dəyəri 379.3 milyon dollara bərabər olub.
Qeyd edək ki, elektrik enerjisi ixracından daxilolmalar 285.4 milyon dollar azalıb.