30 Dekabr 2024 08:45
21 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnauqurasiya günü - dekabrın 29-da Gürcüstan prezidenti Mixeil Kavelaşvili etiraz aksiyalarında maska ​​taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb. Sənəd Gürcüstanın qanunvericilik orqanının portalında dərc olunub.

Teleqraf.com xəbər verir ki, Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, aksiyalarda “üzü maska ​​və ya digər vasitələrlə örtmək” qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşları və müşahidə kameralarına qarşı istifadə olunan pirotexniki vasitələr və lazerlər də daxildir.

Qanun rəsmi dərc edildikdən sonra qüvvəyə minib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər