Ukrayna nümayəndə heyəti Suriyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "AI Arabiya" məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Dəməşqə gəlib və burada Suriyanın yeni lideri Əhməd əl-Şara ilə görüşüb.
Xatırladaq ki, bundan öncə Ukrayna Suriyanın yeni hakimiyyətini tanımaq üçün şərt irəli sürmüşdü. Həmin şərtə görə, Suriyanın yeni hökuməti Ukraynanın işğal olunmuş ərazilərinin “müstəqilliyini” tanıyan Bəşər Əsəd rejiminin diplomatik mirasından əl çəkməlidir.
Bu siyasət dəyişərsə, Ukrayna 2022-ci ilin iyununda kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazırdır.