Skandinaviya və Baltikyanı ölkələr kritik infrastrukturu qorumaq üçün Baltik dənizində gəmilərə nəzarəti gücləndirmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bunu Litvanın baş naziri Gintautas Palukas deyib.
Litva hökumətinin başçısı bildirib ki, mühüm infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə fəaliyyət planı artıq inkişaf mərhələsindədir.