Belarus prezidenti Aleksandr Lukaşenko “Belarus 1” telekanalına müsahibəsində 30 ildir ki, eyni ətirə üstünlük verdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə jurnalistin "sizdən xoş ətir iyi gəlir" qeydinə cavab olaraq bildirib.
“Yeri gəlmişkən, mən prezidentliyimin ilk günündən “Eternity”dən (ingiliscə “əbədilik”dən) istifadə edirəm”, - Belarus lideri bildirib.
Qeyd edək ki, "Eternity For Men" ətri Amerikanın Calvin Klein moda evinin xəttinə daxildir.