Fransanın üzgüçülük üzrə komandasının üzvləri Klement Secchi və Yoann Ndoye-Brouard 2024-cü il Paris Olimpiadasında qazandıqları bürünc medalların keyfiyyətindən şikayətləniblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “L” qəzeti məlumat yayıb.
İdmançılar 100 metr məsafəyə qarışıq estafetdə medal qazanıblar.
Müsabiqədən 6 ay sonra Secchi İnstaqram səhifəsində medalının fotosunu dərc edib, onu “timsah dərisi” adlandırıb. Fotodan görünür ki, medalın üz qabığı xeyli soyulub.
Ndoye-Brouard da sosial media səhifəsində medalını nümayiş etdirdi. O da medalın keyfiyyətsiz materialdan hazırlandığını bildirib. oxşar vəziyyətdədir. İdmançı medalın vəziyyətini “Paris 1924” sözləri ilə təsvir edib.