Gürcüstan qonşu ölkələr olan Azərbaycan, Ermənistan və Türkiyə ilə yaxın münasibətləri daha da gücləndirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Mixeil Kavelaşvili Tbilisidə keçirilən “Səfirlər konfransı 2024” adlı tədbirdə çıxışında deyib.
O, Gürcüstanın bölgədə sülh və sabitliyin təminatında maraqlı tərəf olduğunu qeyd edib.
“Biz Cənubi Qafqaz regionunda uzunmüddətli sülhü dəstəkləyirik və bu istiqamətdə əhəmiyyətli səylər göstərəcəyik”, - deyə dövlət başçısı əlavə edib.