Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyadan ABŞ-a xüsusi uçuşla bağlı məlumatı şərh edib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi bunun diplomatların rotasiyası ilə bağlı olduğunu bildirib.
Dekabrın 26-da Rusiyanın İl-96-300 təyyarəsi Nyu-Yorka uçub, ardınca Vaşinqtona yollanıb.
“Flightradar”ın məlumatına görə, təyyarə dekabrın 28-də Rusiyaya qayıdıb.