3 il öncə təsis olunan Azərbaycan Pediatriya Cəmiyyətinə yeni sədr seçilib.
Teleqraf.com xəbər verir ki, quruma sədrlik tanınmış pediatr Əli Quliyevə həvalə olunub. Bundan öncə Azərbaycan Pediatriya Cəmiyyətinə həkim Erkin Rəhimov sədrlik edib.
"Əziz dostum uzman dr. Erkin Rahimov xoş niyyətlə, əzmlə və yüksək peşəkarlıqla cəmiyyəti zirvəyə daşıdı. Səninlə çiyin çiyinə çalışmaq hər zaman bizim üçün xoş oldu. İndi bayraq məndədi. İnşallah sənin qədər başarılı olaram! Böyük bir ailə olan pediatriya cameəsini birgə fəaliyyət göstərməyə dəvət edirəm. İstənilən dəyərli layihəyə açıq olduğumuzu bildirirəm", - deyə Ə.Quliyev sosial şəbəkə hesabındakı paylaşımında bildirib
Qeyd edək ki, Ə.Quliyev 1998-2004-cü illərdə Türkiyənin 19 Mayıs Universitetinin Tibb fakültəsində təhsil alıb. 2004-2009-cu illərdə İhsan Doğramacı adına Uşaq Xəstəxanasında uzmanlıq kursu keçib. 2010-cu ildə Mərkəzi Klinik Xəstəxanada Uşaq təcili yardım, stasionar və reanimasiya şöbəsində məsul şəxs vəzifəsində çalışıb.