30 Dekabr 2024 10:31
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Yunanıstan hakimiyyəti bəzi siyasi səbəblərə görə Rusiya qazından imtina edərsə, ciddi pul itkisinə hazır olmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Afinadakı səfiri Andrey Maslov bildirib.

Diplomatın sözlərinə görə, Yunanıstan hakimiyyəti tez-tez Moskvaya Rusiya qazından imtina etmək planlarını xatırladır.

Maslov qeyd edib ki, Rusiyadan alınan qaz ölkənin enerji təchizatının 60 faizini təşkil edir, bunu bahalı LNG ilə əvəzləmək cəhdi Yunanıstanda yanacağın qiymətlərini kəskin artıracaq. Yəni vətəndaşlar üçün elektrik enerjisi və qaz həddindən artıq bahalaşacaq.

Bununla belə, Maslov istisna etmir ki, 2027-ci ilə qədər Afina Rusiyadan alışı dayandıra bilər:

“Sual budur ki, niyə Yunanıstan müəyyən siyasi mülahizələr naminə bu qədər pul itirməyə hazırdırmı? Siyasət siyasətdir, amma bəzi hallarda sağlam düşüncəyə önəm vermək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər