30 Dekabr 2024 18:43
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk Şəhər Məhkəməsi komediya ustası Vyaçeslav Komissarenkonu Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı təhqir və böhtan ittihamı ilə qiyabi olaraq 6 il müddətinə ümumi rejimli koloniyada həbsə məhkum edib.

Teleqraf.com xəbər evrir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Məhkəmə Komissarenkonu Belarus Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilib.

- İrqi, milli, dini və ya digər sosial nifrət və ya nifaq salma

- Belarus prezidentinə qarşı böhtan

- Belarus prezidentini təhqir etmək

Komissarenkoya qarşı cinayət işi 2024-cü ilin avqustunda başlanıb və “xüsusi icraat” kimi qiymətləndirilib. Belarus qanunvericiliyində ölkədən kənarda olanlarla bağlı icraat belə adlanır.

Xaricdə yaşayan komediya ustası cinayət işi ilə bağlı sosial mediada belə yazıb: “Gəlməyi çox istəyirdim, amma təəssüf ki, alınmadı. Problemi uzaqdan həll etmək imkanı verdiyiniz üçün təşəkkür edirəm”.

2022-ci ilə qədər Komissarenko Rusiyada yaşayıb, sonra Avropaya köçüb. Bir müddət Polşa və Türkiyədə yaşayıb, hazırda Çexiyadadır.

Komissarenkonun adı Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər