30 Dekabr 2024 11:06
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial mediada ölkəsinin xəritəsi ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, spiker Baş naziri Nikol Paşinyanın mətbuat konfransında təqdim etdiyi xəritənin parlamentin divarından asılmış fotosunu yayımlayıb.

Simonyan fotonun üzərində qeyd edib: “Bundan sonra Ermənistanın əsl xəritəsi parlamentin iclas zalında olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər