ABŞ yüz minlərlə artilleriya və raketləri Ukraynaya göndərməyi nəzərdə tutur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib.
Prezident bildirib ki, ABŞ Müdafiə Nazirliyi qış yaxınlaşdıqca Ukraynanın mövqeyini gücləndirmək üçün yüz minlərlə artilleriya sursatı, minlərlə raket və yüzlərlə zirehli texnika göndərmək prosesindədir.
ABŞ lideri yeni hərbi yardım paketinin 2.5 milyard dollar dəyərində olduğunu açıqlayıb.