Dünən Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan “Boeing 737-800” təyyarəsində havada yanacağın boşaldılması funksiyası nəzərdə tutulmayıb.
Teleqraf.com xəbər verir, bu barədə YTN kanalında Kıkton Universitetinin Aviasiya kafedrasının professoru An Yun Txe məlumat verib.
“Cənubi Koreya ictimaiyyəti hesab edir ki, uçuş-enmə zolağının sonunda yerləşən konstruksiyaya çırpıldıqdan sonra təyyarədə baş verən yanğının miqyası çənlərində yanacağın miqdarı daha az olsaydı, bu qədər böyük olmayacaqdı. Yanacaqla bağlı çoxlu müzakirələr gedir, suallar verilir ki, niyə təyyarə enişdən əvvəl yanacağı boşaltmayıb. Çünki “Boeing 737-800” təyyarələrində yanacağı təyyarədən xaric etmək üçün daxili sistem yoxdur”, - mütəxəssis bildirib.