Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqa bağlı işarə siqnalı işə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Lakin təyyarənin sisteminin pilotlar tərəfindən yenilənməsindən sonra məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.
Qeyd edək ki, təyyarədə sərnişin olmayıb.
***
10:10
Qazaxıstan mediası Aktau hava limanında təyyarələrdən birində problem yarandığı barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisəyə ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən münasibət bildirilib.
Məlum olub ki, problem Bakıdan Aktauya uçan təyyarə ilə bağlı yaranıb. Təyyarədə sərnişin olmayıb.
“Eniş normal idi, enişdən sonra təyyarənin burun mexanizmində problem yaranmışdı”, - qurumdan deyilib.
Qurumdan verilən məlumata görə, hava limanının müvafiq xidmətləri təyyarənin uçuş-enmə zolağından yedəyə alınması işlərini həyata keçirib.
Nazirlikdən əlavə ediblər ki, hava limanı açıqdır və normal rejimdə işləyir.