Suriya müvəqqəti hökumətinin ədliyyə naziri Şadi əl-Veysi devrilmiş Əsəd rejiminin cinayətlərində iştirak edən və bu səbəbdən ölkədən qaçan şəxslərin təhvil verilməsi və mühakimə olunması üçün çalışacaqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Veysi bu məqsədlə ölkədən qaçan cinayətkarların ekstradisiyasını tələb edəcəklərini bildirib.
“Ölkə xaricinə qaçan cinayətkarların təhvil verilməsi və mühakimə olunması üçün qanuna hazırlıq işləri görüləcək. Cinayətdə iştirak edənlərin tutulması üçün order veriləcək”, - Suriya rəsmisi deyib.
Veysi devrilmiş rejimin məhkəmə hakimiyyətini heçə saydığını vurğulayıb:
"İndi etməmiz lazım olan şey əsaslara, yəni qanuna qayıtmaqdır. İnşallah Suriyada məhkəmə sistemi müstəqil olacaq”.
Xatırladaq ki, 24 il Suriya prezidenti olan Bəşər Əsəd dekabrın 8-də ölkə müxalifəti tərəfindən devrilib. O, həmin gün Rusiyaya qaçıb.