30 Dekabr 2024 17:15
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb

Teleqraf.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə ki, bu il Bakıda və Abşeron yarımadasında müşahidə olunan orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub:

“İlin ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit keçib, leysan xarakterli intensiv yağış yağıb, şimşək çaxıb, dolu düşüb. Düşən yağıntılar nəticəsində ölkənin çaylarında ümumilikdə 110 sel hadisəsi qeydə alınıb. İl ərzində düşən yağıntı əksər bölgələr üzrə normadan yuxarı olub və ən çox yağıntı Bakı və Abşeron yarımadasında (normanın 147 faizi), Quba-Qusar bölgəsində (normanın 136 faizi), Lənkəran-Astara zonasında (normanın 134 faizi) qeydə alınıb.”

N.Mahmudov bildirib ki, ilin ayrı-ayrı günlərində ölkə ərazisində əsasən şimal-qərb və cənub-qərb küləkləri müşahidə olunub, küləyin maksimal sürəti Bakıda fevralın 6-da 40 m/s-dək, bölgələrdə isə iyunun 20-də Gəncədə 35 m/s-dək güclənib.

Xidmət rəisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2024-cü ildə ildırım-dolu proseslərinin intensivliyi artıb. Nəticədə bu il ölkə ərazisində 167 dəfə dolu hadisəsi baş verib:

"Ən böyük ölçülü dolu Zaqatalada mayın 18-də 25-30 mm qeydə alınıb. İl ərzində düşən qar örtüyünün maksimal hündürlüyü martın 26-da Şahdağda 54 sm olub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər