15 İyul 2014 00:09
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parçalanmaqda olan İraqın şimalında yaşayan, Şimali İraq kürd muxtariyyatının rəhbəri Məsud Bərzani gözlənilmədən Türkiyəyə gedib.

Hələlik səfərin detalları bəlli olmasa da anlaşılan odur ki, kürd müxtariyyatının rəhbəri müstəqillik yolunda Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqi olan və qonşusu Türkiyənin həm xeyir duasını, həm də məsləhətini alır.

Bu görüşdə İraqın zəngin neft yataqları da müzakirə mövzusudur.

Türkiyənin təbii ehtiyyatlar naziri Taner Yıldız Bərzaninin Türkiyə səfərini şərh edərkən deyib ki, biz İraq nefti ilə bağlı hələlik Bağdad hökuməti ilə razılaşmamız əsasında əməkdaşlıq edirik, amma yaxın gələcəkdə bu əməkdaşlığı birbaşa kürd muxtariyyatı ilə də edə bilərik.


Müəllif: