Hindistan polisinin yaydığı məlumata görə, 6 yaşlı məktəbli qız oxuduğu təhsil ocağında təcavüzə məruz qalıb.
Hadisə Hindistanın cənubunda, Banqalor şəhərində baş verib.
İlkin ehtimallara görə, qız hələ bir neçə həftə öncə zorlanıb. Lakin valideynləri yalnız qız səhhətindən şikayət etdikdə şübhələniblər.
Yüzlərlə qəzəblənmiş valideyn məktəbin qarşısına toplaşaraq, binanın darvazasını və giriş qapısını sındırıblar.
Ehtimal olunur ki, təcavüz məktəbin iki əməkdaşı tərəfindən törədilib.
Hələlik heç kim məsuliyyətə cəlb olunmayıb.
Ülviyyə