18 İyul 2014 12:35
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətində Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin qəzaya uğramasına münasibət bildirib.

Rusiya KİV-nə istinadla xəbər verilir ki, Kreml rəhbəri hadisənin obyektiv araşdırılması tələbi ilə çıxış edib. O, baş vermiş hadisəyə görə Ukraynanın məsuliyyət daşıdığını bəyan edib.

V. Putinin sözlərinə görə, qəza Ukrayna ilə sülh razılaşmasının sürətləndirilməsi prosesinə ehtiyac yaradır: “Təyyarə qəzasının baş verdiyi bu ölkə qorxunc faciənin məsuliyyətini öz üzərinə götürməlidir. Ukraynada sülh və sabitlik bərpa olunsaydı, bu cür hadisələr də baş verməyəcəkdi”. V. Putin Niderlandın baş naziri Ryutte Markas ilə də əlaqə saxlayaraq ona və həlak olanların yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Amsterdamdan Malayziyanın paytaxtı Kuala-Lumpura yola düşən “Boeing 777” təyyarəsi ötən gün axşam saatlarında Ukraynanın Donetsk vilayətində qəzaya uğrayıb. Qərb və Ukrayna dairələri hadisənin Rusiya tərəfindən törədilən terror aktı olduğu ehtimalını irəli sürürlər. Rusiya isə hadisənin məsuliyyətini Ukraynanın üstünə atdı.

Xatırladaq ki, hadisə nəticəsində 298 nəfər həlak olub.

/modern.az/


Müəllif: